Sıfır Kuponlu İstiqraz, Kuponsuz İstiqraz

kupon ödənişləri olmayan istiqraz.
SFR-“Dəyər və Fraxt”
Sığorta
OBASTAN VİKİ
İstiqraz
İstiqraz – onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər. İstiqrazlar- onları buraxan qurumlardan gəlir əldə etmək hüququ verən qiymətli kağızlardır. İstiqrazlar təkrar bazarda təkrar satıla bilər. Daha sadə dildə belə izah edə bilərik: – istiqrazlar – müəyyən edilmiş məbləği vaxtında ödəmək öhdəliyini əks etdirən sənəddir. – istiqrazlar üzrə ödəniləcək məbləğ, onların alınmasına sərf olunan məbləğdən çoxdur. – istiqrazlar təkrar satıla bilər, bu halda onların müəyyən etdiyi məbləği ödəyəcək şəxs dəyişmir. Əksinə – vəsaiti alacaq şəxs dəyişir. İstiqrazların emitenti kimdir? İstiqrazların emitenti dedikdə, onları buraxan şəxs nəzərdə tutulur.
Xarici istiqraz
İkivalyutalı istiqraz
Sıfır
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
Sıfır hipotezi
Sıfır hipotezi — statistikada seçilmiş təsadüfi verilənlərin paylanma ehtimalının yoxlanmasıdır. Çox vaxt sıfır hipotezi kimi araşdırılan parametrlər arasında asılılığının və ya korrelyasiyanın olmaması, iki və daha artıq seçimlərdəki qiymətlərin fərqli olmaması götürülür. Elmi araşdırmalarda hipotezin yoxlanması onun mövcud olmamasını, daha doğrusu onun mövcud parametrlərlə əlaqədə olmamasını sübur etməyə gətirilir. Bu halda başqa hipotez- sıfır hipotezini inkar edən konkurent hipotezdən istifadə edilir. Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red. M. Bunyatov. Bakı: Maarif, 1973. 577s.
Sıfır ili
Sıfır ili (Kxmercə: ឆ្នាំសូន្យ chhnam saun) — 1975-ci ilin aprelində Kambocada Qırmızı kxmerlər tərəfindən elan olunmuşdur. Bunu Fransada 1 ili hadisəsinin analogiyası hesab etmək olar. Sıfır ilinin arxasında duran fikir budur ki, cəmiyyətdəki bütün mədəniyyətlər və ənənələr tamamilə məhv edilməli və ya atılmalı və sıfırdan başlayaraq yeni bir inqilabi mədəniyyətlə əvəz edilməlidir. Sıfır ilindən əvvəl xalqın və ya ölkənin bütün tarixi əhəmiyyət kəsb etmir, çünki təmizlənəcək və yenidən dəyişdiriləcəkdir.
Sıfır-gün hücumları
Termodinamikanın sıfır qanunu
Termodinamikanın sıfır qanunu — temperaturu ətraflı nəzərdən keçirmək üçün termodinamik tarazlığın mövcud olması haqqında yaradılan qanundur. İlk dəfə bu qanun 1931-ci ildə ingilis fiziki Ralf Hovard Fauler tərəfindən yaradılmışdır.
Sıfır-gün (informatika)
Sıfır-gün (ing. Zero-day; həmçinin Sıfır-saat və ya 0-gün kimi tanınır) açığı əvvəlcədən aşkara çıxarılmamış gizli kompüter proqramı açığıdır və xakerlər tərəfindən, məlumat, kompüter və ya şəbəkəyə mənfi təsir üçün istifadə olunur. Bu qüsur məlum olan kimi proqram müəllifinin onun mənfi məqsədlər üçün istifadə olunmasının qarşısını almaq üçün sıfır günü mövcuddur. Xakerlər hücumlarında sıfır-gün açığını ictimayyətə açıqlandığı gün və ya ondan əvvəlki gün istifadə edirlər. Bu hücumlar çox təhlükəlidir. "Sıfır-gün" termini ilkin olaraq yeni proqram təminatının ictimaiyyətə təqdim edilməsindən sonrakı günlərin sayını nəzərdə tuturdu, buna görə də "sıfır gün proqramı" buraxılışdan əvvəl tərtibatçının kompüterinə sındırılaraq əldə edilmişdir. Nəhayət, bu termin bu sındırmağa icazə verən zəifliklərə və satıcının onları düzəltməli olduğu günlərin sayına tətbiq olundu. Təchizatçılar zəiflik barədə məlumat əldə etdikdən sonra adətən zəiflikləri aradan qaldıracaq və ya onu azaltmaq üçün həll yollarını məsləhət görəcəklər. Sıfır-gün adının iki əsas mənşəyi mövcuddur. Proqram təminatında zəiflik tapıldığı zaman onu mənfi məqsədlə istifadə etmək üçün bir neçə gün tələb olunur, eyni zamanda antivirus satıcıları tərəfindən bu boşluğu qaldırmaq üçün həllər axtarılır.
Sıfır əsaslı büdcələşdirmə
Sıfır əsaslı büdcələşdirmə (ing. zero-based budgeting, ZBB) — əvvəlki dövrlərin büdcələrinin faktiki dəyərlərinin nəzərə alınmadığı büdcə planlaşdırma metodu. Bu zaman büdcələrin əsasını satış proqnozları, texnoloji məsrəf standartları və iqtisadi hesablamalar təşkil edir. Ümumiyyətlə, metod ənənəvi yanaşma ilə müqayisədə daha dəqiq nəticə verir. İngilis professoru Kolin Druri sıfır əsaslı büdcələşdirməni planlaşdırılan xərclərin sıfırdan müəyyən edildiyi, yəni hər bir dövrün (ilin) ​​büdcəsinin cari xərclər proqramı yeni başlamış kimi tərtib edildiyi büdcə üsulu kimi müəyyən edir. Amerikalı iqtisadçı Je Şimin fikrincə, sıfır əsaslı büdcələşdirmə müəssisədə resursların bölüşdürülməsini təkmilləşdirmək üçün layihələrin və funksiyaların xərc-fayda təhlilindən istifadə edən planlaşdırma və büdcələşdirmə vasitəsidir. Ənənəvi büdcələşdirmə, əvvəlki ilin fəaliyyətlərinin əhəmiyyətli olduğunu və eyni tendensiya ilə davam etməli olduğunu nəzərə alaraq, əvvəlki ildən artan dəyişikliklərə diqqət yetirir. Sıfır əsaslı büdcələşdirmədə xərc və fayda smetaları sıfırdan, sıfırdan qurulur və əsaslandırılmalıdır. Hər bir menecer sıfır balansdan başlayaraq öz büdcə tələbini ətraflı əsaslandırmalıdır. Sıfır əsaslı büdcələşdirmə aşağıdakı üç addımı əhatə edir: qəbul edilmiş qərarların ümumi paketi çərçivəsində qərarların qəbul edildiyi hər bir fəaliyyət növünün təsviri; həllərin prioritetliyinə görə qiymətləndirilməsi və sıralanması; ayrılmış vəsaitlərin ümumi həcmi nəzərə alınmaqla prioritet əsasında resursların ayrılması.
Almaniya, sıfır ili
Almaniya — sıfır ili (it. Germania anno zero) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik film. == Məzmun == 1948-ci il, Berlin şəhəri. İkinci dünya müharibəsi qurtarmağına baxmayaraq, şəhərdə kasıbların sayı çoxalmışdır. Onların içində Edmund adında 12 yaşlı oğlan var idi. Onun atası ciddi xəstədir. Ailəsinə yardın göstərə bilmir. Bu səbəbdən, Edmund həyatını zirzəmilərdə keçirir. Müəllim Cənab Henninq kasıb uşaqları öz evinə gətirir. Edmund da onların içində idi.
Sıfır faiz dərəcəsi siyasəti
Sıfır faiz dərəcəsi siyasəti (ing. Zero interest rate policy, ZIRP) — 16 dekabr 2008-ci ildən Yaponiya və ya ABŞ kimi çox aşağı faiz dərəcələrində makroiqtisadi siyasət və zəif iqtisadi artım. Bu siyasətlə Mərkəzi Bank sıfır nominal faiz dərəcəsi müəyyən edir və pul kütləsini artırmaq və borclanmanı stimullaşdırmaq üçün faiz dərəcəsini daha da aşağı salmaq imkanına malik deyil. Siyasət borc bazarının şəffaflığı problemlərinə görə nominal faiz dərəcələrinin aşağı salına bilmədiyi likvidlik tələsi problemi ilə sıx bağlıdır. Pul siyasəti maksimum həddə olduqda, hökumət yeni iş yerləri yaratmaq üçün fiskal siyasətdən istifadə etməlidir. Hökumət xərclərinin fiskal multiplikatoru sıfır faiz dərəcələrində, sıfırdan yuxarı olduqda daha çox əhəmiyyət kəsb edir. Keyns iqtisadiyyatında multiplikator birdən böyükdür, yəni dövlət xərcləri ÜDM-i effektiv şəkildə artırır. Tanınmış Keynsçi Maykl Vudford (ing. Michael Woodford) hesab edir ki, faiz dərəcələrinin sıfır olması vəziyyətində optimal hökumət siyasəti ÜDM fərqini aradan qaldırmaq üçün xərcləri artırmaqdır. Mümkündür ki, dövlət belə bir siyasətə sadiq qalaraq sıfır faiz dərəcəsi və xərclərin artırılması ilə biznesi kreditlərlə təmin etsin, iqtisadiyyatın inkişafını sürətləndirsin və bazarda bağlanmasını asanlaşdırsın.
Almaniya - sıfır ili (film, 1948)
Almaniya — sıfır ili (it. Germania anno zero) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik film. == Məzmun == 1948-ci il, Berlin şəhəri. İkinci dünya müharibəsi qurtarmağına baxmayaraq, şəhərdə kasıbların sayı çoxalmışdır. Onların içində Edmund adında 12 yaşlı oğlan var idi. Onun atası ciddi xəstədir. Ailəsinə yardın göstərə bilmir. Bu səbəbdən, Edmund həyatını zirzəmilərdə keçirir. Müəllim Cənab Henninq kasıb uşaqları öz evinə gətirir. Edmund da onların içində idi.
Çaqqallarla rəqs 3: Sıfır problem
Çaqqallarla rəqs 3: sıfır problem — Murad Şəkərin rejissorluğunu etdiyi, Çaqqallarla rəqs 2: xəstəsiyik dədə filminin davamı kimi 2014-cü il istehsalı Türkiyə komediya filmidir. Şəvkət Çoruh — Gökhan Murad Ağqoyunlu — Del Piero Hikmət Timur Acar — Küftə Nəcmi İlkər Ayrık — Mühasibatçı Sərvət Dərya Şənsoy — Mehriban Dərya Baykal — Mehribanın anası Gürkan Uygun — Polis Didəm Balçın — Fatma Hakan Bilgin — Bərbər Hüseyn Ceyhun Yılmaz — Adəm Bülənt Sərtdaş — Dəli Rəcəb Bülənt Çolak — Şərəfsiz Mətin Ünal Silvər — İbrahim Günay Qaracaoğlu — Müəllimə Hakan Həpcan — Taksi şoferi 5 dekabr 2014-cü ildə 407 kinoteatrda təqdim edilən film, ilk 3 gündə 380.063, ilk həftəsonunda isə 629.004 tamaşaçı tərəfindən izləndi. Bu müddət ərzində 6,478,564 türk lirəsi gəlir əldə etdi.
Çaqqallarla Rəqs 3: Sıfır Problem (film, 2014)
Çaqqallarla rəqs 3: sıfır problem — Murad Şəkərin rejissorluğunu etdiyi, Çaqqallarla rəqs 2: xəstəsiyik dədə filminin davamı kimi 2014-cü il istehsalı Türkiyə komediya filmidir. Şəvkət Çoruh — Gökhan Murad Ağqoyunlu — Del Piero Hikmət Timur Acar — Küftə Nəcmi İlkər Ayrık — Mühasibatçı Sərvət Dərya Şənsoy — Mehriban Dərya Baykal — Mehribanın anası Gürkan Uygun — Polis Didəm Balçın — Fatma Hakan Bilgin — Bərbər Hüseyn Ceyhun Yılmaz — Adəm Bülənt Sərtdaş — Dəli Rəcəb Bülənt Çolak — Şərəfsiz Mətin Ünal Silvər — İbrahim Günay Qaracaoğlu — Müəllimə Hakan Həpcan — Taksi şoferi 5 dekabr 2014-cü ildə 407 kinoteatrda təqdim edilən film, ilk 3 gündə 380.063, ilk həftəsonunda isə 629.004 tamaşaçı tərəfindən izləndi. Bu müddət ərzində 6,478,564 türk lirəsi gəlir əldə etdi.

Digər lüğətlərdə